AZ

Zelenski Kursk vilayətinə daxil olduqlarının səbəbini İLK DƏFƏ AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Kursk vilayətində ələ keçirdiyi əraziləri “müəyyən müddətə” saxlamağı planlaşdırır. O, bu ərazilərin Kiyevin “qələbə planının” tərkib hissəsi olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti NBC News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur etmək üçün avqustda ələ keçirilən Rusiya ərazilərini qeyri-müəyyən müddətə saxlamağı planlaşdırır.

O, bunu Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin Ukraynaya qaytarılmasını mümkün edən Rusiya hərbçilərinin əsir götürülməsi ilə müqayisə edib. Eyni prinsip Kursk vilayətindəki ərazilərə də aiddir.

“Bizə onların torpaqları lazım deyil. Biz ora öz ukraynalı həyat tərzimizi gətirmək istəmirik”, – deyə o bildirib.

O, planı ABŞ kimi beynəlxalq tərəfdaşlara da təqdim edəcəyini bildirib. Lakin o, Ukraynanın daha çox Rusiya ərazisini ələ keçirməyə cəhd edib-etmədiyini müzakirə etməkdən imtina edib.

“Deməyəcəyəm, bağışlayın, bu barədə danışa bilmərəm. Kursk əməliyyatı hələ başlanğıcdır. Bütün hörmətimlə, bu barədə danışa bilmərəm, düşünürəm ki, uğurun sürprizlə çox əlaqəsi var”.

Zelenski həmçinin qeyd edib ki, Bayden administrasiyasının əməliyyatdan xəbəri yoxdur və hətta Ukrayna daxilində də bu əməliyyatın ciddi şəkildə sirr kimi saxlanılıb.

bu barədə Ukrayna prezidenti NBC News telekanalına müsahibəsində bildirib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
konkret.az

10Mənbələr