AZ

Səhər bir stəkan su içməyin 5 səbəbi

Mütəxəssislər yuxudan oyandıqdan dərhal sonra insanlara böyük bir stəkan su içməyi tövsiyə edir.

Bu hərəkəti vərdiş halına gətirməyiniz üçün beş səbəb var.Maddələr mübadiləsinin sürətləndirilməsi. Su içdikdən sonra bədən mayenin temperaturunu bədənin temperaturuna uyğunlaşdırmalıdır və buna görə də istilik əmələ gətirir. Bu da öz növbəsində maddələr mübadiləsinin və həzm prosesinin artmasına, həmçinin daha çox kalori yandırılmasını təmin edir.Toksinlərin çıxarılması.

Siz yatarkən bədən bərpa olunur və toksinlər parçalanır.

Boş bir mədədə su bu cür maddələrin yuyulması üçün ən yaxşısıdır.Mədə üçün faydaları. Mədə ağrısı, ürək yanması və ya ishal kimi həzm problemləri tez-tez mədə turşusunun artması ilə əlaqədardır.

Səhər acqarına su içsəniz  xoşagəlməz simptomların qarşısını alacaqsınız.Sidik kisəsi infeksiyalarının qarşısının alınması. Maye qəbulu təkcə mövcud problemlərdən xilas olmaq deyil, həm də onların yaranmasının qarşısını alır.Dəriyə və saça parlaqlıq əlavə edir.

Su çatışmazlığı qırışların, sızanaqların və çirklərin əmələ gəlməsinə kömək edir, saçları mat və kövrək edir.

 

Foodinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
moderator.az

1Mənbələr