AZ

Zelenski onu işdən çıxarıb

Sentyabrın 3-də Volodmir Zelenski Rostislav Şurmanı Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edib.

32gun.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 603/2024 nömrəli fərman dövlət başçısının rəsmi saytında dərc edilib. "Şurma Rostislav İhoryeviç Ukrayna Prezidentinin Aparatının rəhbərinin müavini vəzifəsindən azad edilsin", - sənəddə deyilir.

Xəbərdə xatırladılır ki, Şurma 2021-ci ilin mart ayından Prezident Aparatının ştatdankənar məsləhətçisidir. Artıq noyabrın sonunda Zelenski onu başçı müavini vəzifəsinə təyin edib.

Nilay 

Seçilən
172
6
32gun.az

8Mənbələr