Xəbər verdiyimiz kimi, Ukraynanı istefa dalğası bürüyüb.
Publika.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, Ali Radanın spikeri Ruslan Stefançuk baş nazirin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinanın da istefa verdiyini bildirib.
"Stefanişina istefa ərizəsini Radaya təqdim edib", - o qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Ukraynada üç nazir və fond rəhbəri, eləcə də Volodimir Zelenskinin aparat rəhbərinin müavini Rostislav Şurma istefa verib.