FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.Elchi.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin I turunda keçiriləcək Kosovo-Rumıniya qarşılaşmasının baş hakimi olacaq.Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərindəki “Fadil Vokrri” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta