AZ

SON DƏQİQƏ: “Vereşçuk istefa verdi”

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk istefa verib.

Doğru.az xəbər verir ki  bu barədə o, Telegram kanalında yazıb.

“Hökumətdə təxminən üç il işlədikdən sonra bu gün istefa ərizəmi verdim” dedi Vereshchuk.

Bundan əvvəl Ukraynada prezident aparatının rəhbərinin müavini Rostislav Şurma vəzifəsindən azad edilib.

Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina istefa vermək qərarına gəlib və müvafiq ərizə verib.

Ali Radanın spikeri Ruslan Stefançuk da bildirib ki, bir neçə nazir Ukrayna parlamentinə istefa ərizəsi təqdim edib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
dogru.az

1Mənbələr