AZ

Dünya çempionu vətəninə qayıtdı

Markos Akunya klubunu dəyişib. Argentina yığmasının oyunçusu Avropadan vətəninə qayıdıb.

32 yaşlı sol cinah müdafiəçisi “Sevilya”dan ayrılaraq “River Pleyt”ə keçib. Buenos Ayres klubunun mətbuat xidmətinin məlumatına görə, Argentina yığması ilə 2022-ci ildə dünya çempionu olan futbolçunun imzaladığı müqavilənin müddəti 2027-ci ilin sonuna qədərdi. “River Pleyt” ona görə 2,25 milyon avro xərcə düşüb.

“Ferro Karril Oeste”nin yetirməsi olan Akunya 4 il bu komandada çıxış edəndən sonra 2014-cü ildə yerli “Rasinq”ə keçib. 3 ildən sonra Avropaya gələn futbolçu “Sportinq”də top qovub. O, “Sevilya”da 2020-ci ildən oynayırdı. O, 4 il ərzində İspaniya klubunda 149 oyun keçirib, 6 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
football-plus.az

1Mənbələr