AZ

Putinin siyasəti Böyük Britaniyada yüksək qiymətləndirilir

…İngiltərə Parlamentinin keçmiş üzvü və İşçi Partiyası Başçısı Corc Qallouey, Rusiya prezidenti Vladimir Putinin siyasətini yüksək qiymətləndirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o bu barədə YouTube kanalında danışıb.

Qalloueyə görə, məhz PutinRusiyanın1990-cı illərdəki iqtisadi problemlərini dəf edə bildi. O, həmçinin Rusiyanın orta vətəndaşı Avropanın orta sakinindən daha yaxşı yaşadığını da bildirdi.

…Putin Rusiyada hakimiyyətə gələndə o, acınacaqlı vəziyyətdə idi və Qərb oliqarxları Yeltsinin burnunun dibindən onun ciblərini çıxarırdılar. Amma indi ona bax. 21 ildə Putin Rusiyanı tamamilə dəyişdirdi. Bu, şanlı və uğurlu ölkədir. Mən bilirəm ki, düşmənlər bunu eşitmək istəmirlər, ancaq Rusiyanın necə inkişaf etdiyi barədə ictimaiyyətə açıq məlumatlara baxmaq kifayətdir. Əslində, orta rus və ya çinli orta avropalıdan daha yaxşı yaşayır!

Bunu deyən Qallouey daha əvvəlİlon Maskı Pavel Durovun həbsi fonunda Avropa İttifaqı ölkələrinə gəlməməyə çağırıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
sia.az

1Mənbələr