AZ

Göyərçinin pelikanın ağzından xilası: Çində zooparkdan inanılmaz görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin zooparklarından birində ziyarətçilərin diqqətini cəlb edən heyrətamiz bir hadisə baş verib. Belə ki, zooparkın işçisi əlini pelikanın boğazına qədər salaraq onun udmaq üzrə olduğu göyərçini xilas edib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və məzəli müzakirələrə səbəb olub.
Bildirilib ki, hadisə quşların yemlənməsi zamanı baş verib. Yemlə cəlb olunan göyərçin ehtiyatsızlıqla pelikana yaxınlaşıb və pelikan dərhal onu nəhəng dimdiyinə alıb. Göyərçinin taleyi artıq həll olunmuş kimi görünsə də zoopark işçisi işə qarışıb.
Kadrlarda xilas edilmiş göyərçinin pelikanın ağzından çıxandan sonra oradan uzaqlaşdığı görünür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
oxu.az

10Mənbələr