AZ

İmaməddin Xəlilov: "Özümlə qürur duyuram"

"Bu qələbəmi Azərbaycanın bütün şəhid ailələrinə həsr edirəm".

seher.media xəbər verir ki, bu barədə Yay Paralimpiya Oyunlarının ilk qızıl mükafatçısı İmaməddin Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

"Sevincimi əvvəlcə ailəmlə bölüşdüm. Onlar hədsiz sevincli idilər. Hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss edirdim. Bu da öz növbəsində məndə əlavə motivasiya yaradırdı. Finalda isə heç bir tərəddüd olmadı, özümə çox güvənirdim. Bilirdim ki, mən çempion olacağam. Bu qələbəmi Azərbaycanın bütün şəhid ailələrinə həsr edirəm. Paralimpiya Oyunlarının ilk mükafatçısı olduğum üçüm özümlə qürur duyuram", - deyə İ.Xəlilov söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
seher.media

2Mənbələr