AZ

Rusiya ilə Çin arasında dəmir yolu körpüsü inşa ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Çinlə həmsərhəd Amur vilayətinin qubernatoru olan Vasili Orlov beynəlxalq dəmir yolu körpüsünün tikintisi barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, Vasili Orlov bu barədə Rbc.ru-ya müsahibəsində qeyd edib.
"Biz artıq iki ildir ki, bu layihə haqqında danışırıq, bu körpünün tikintisinin mümkünlüyü ilə bağlı dövlətlərarası Rusiya-Çin alt komitəsinin qərarı var. Biz artıq iki ildir ki, bu layihə haqqında danışırıq. Layihə irəliləyir. Biz hökumətlərarası saziş imzalamağa yaxınıq", - deyə Vasili Orlov vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
20
oxu.az

10Mənbələr