AZ

Zelenski Kurskdan danışdı: Putini buna məcbur edənə kimi...

Rusiya Prezidenti Vladimir Putini danışıqlara məcbur edənə qədər Kurskda tutduğumuz əraziləri saxlamağı planlaşdırırıq. Çünki bu, qələbə planının tərkib hissəsidir

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “NBC Nyus"a müsahibəsində deyib.

Eyni zamanda prezident əlavə edib ki, bu plan barədə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a bildirəcək.

“Ukrayna Rusiya ərazisinə hücumunu genişləndirməyi planlaşdırırmı?” sualına Zelenski, bu barədə danışa bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Kursk əməliyyatı Ukraynanın müttəfiqləri üçün gözlənilməz olub:

“Bəli, heç kimə deməmişdik. Bu, inamsızlıq məsələsi deyil. Kiyevin keçən yay əks-hücumu böyük dərəcədə reklam edildi və bu, ruslara hazırlaşmağa imkan verdiyi üçün uğursuz oldu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
5
axar.az

6Mənbələr