AZ

“Nəticələr Ziyad Səmədzadənin xeyrinə saxtalaşdırıldı”

Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə zamanı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13-cü seçki məntəqəsində (23 saylı məktəb) məşvərətçi səs hüququna malik Rahidə Rəhimova Meydan TV-yə qarşılaşdığı qanunsuzlqlarla bağlı şikayət edib.Rahidə Rəhimova deyib ki, o, bu barədə Mərkəzi Seçki Komissiyasına (MSK), Prezident İlham Əliyevə və I Vitse-prezidentə də müraciət ünvanlayacaq.Onun sözlərinə görə, seçki gününün səhəri hər şey normal olub, amma problemlər günün ikinci yarısında başlayıb və səsvermə başa çatdıqdan sonra isə seçki prosesinin davamlılığı pozulub.“Əvvəlcə bizə dedilər ki, komissiya üzvləri 10 dəqiqə dincələcək, sonra səslərin hesablanması başlanacaq. Lakin hesablanma başlamadı. Maraqlıdır ki, müşahidəçilərin heç biri qanuna əməl olunmasını tələb etmirdi və sanki buna hazır idilər. 4-5 müşahidəçi bu məktəbin müəllimi, digəri isə keçmiş polis əməkdaşı idi. Hətta hakim Yeni Azərbaycan Partiyasının müşahidəçisi də bu vəziyyətə narazılığını bildirib qanuni prosedurlara riayət olunmasını tələb etdi. O komissiya üzvlərinə dedi ki, siz bizi yeməklə aldadırsınız, bunları aktlaşdıracağam. Hətta bundan sonra da səslərin hesablanması 1 saat 20 dəqiqədən sonra başladı”, – Rəhimova bildirib.Rəhimova qeyd edib ki, komissiya üzvləri Türkiyədən olan müşahidəçilərin gözü qarşısında qanunsuzluğu qeydə alan jurnalisti məntəqədən qovublar:Rahidə Rəhimova. Foto: Meydan TV“Seçki qutularından bülletenlər çıxarılarkən digər müşahidəçilər – məktəb müəllimləri onun çəkiliş aparmasına mane olublar. Kameraya mane olaraq, mənə yeməyə getməyi təklif etdilər. Səslərin hesablanması qanun pozuntusu ilə aparılıb – bülletenlər elan edilmədən yığıldı. Bəzi bülletenlər 2 nüsxədən ibarət idi, yəni qutulara bu formada atılmışdı, lakin komissiya üzvləri bunu gizlətməyə çalışdılar. Gözümüz görə-görə bitərəf, “Azərbaycan dünyası” jurnalının redaktoru Eldar İsmayılovun səslərini Ziyad Səmədzadəyə yazdılar“.Rahidə Rəhimova deyir ki, o, səslərin sayılması prosesini videoya çəksə də, ona mane olmağa çalışıblar:“Açıq şəkildə yaxamdan tutub kənara itələsələr də, nail ola bilmədilər. Özümü məntəqədə əsir kimi hiss edirdim. Onlar iki bülleteni 4 qat edib Ziyad Səmədzadənin xeyrinə yazırdılar, hətta bunu edəndə əlləri də əsirdi, həyacanlı olsalar da, pozuntulara yol verirdilər. Bütün bunların videoçəkilişlərini saxlamışam”.O, qanun pozuntularının araşdırılmasını tələb edib:“Çünki ölkə başçısı İlham Əliyev həmişə ictimai nəzarətin vacibliyini vurğulayır və seçki saxtakarlığına qarşı olduğunu gizlətmir”.Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, 23 saylı dairə üzrə hazırkı deputat, 84 yaşlı Ziyad Səmədzadə 52 faizlə liderlik edir.Bu dairədən Liberal Partiyasının sədri Əvəz Temirxan, AĞ Partiyadan Araz Teymurov, YAP-dan Elnur Rəhimov, müğənni Elza Seyidcahan, bitərəf Eldar İsmayılov və digərləri namizəd idi.

Seçilən
114
anaxeber.info

1Mənbələr