AZ

Qardaşlardan birini öldürüb, digərini yaralayan hərbçinin yenidən məhkəməsi başladı

Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elpərəs İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.

 

Xatırlatma: Gəncə Hərbi Məhkəməsinin hökmü ilə E.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin may ayında Gədəbəy rayonunda baş verib. 

 

Belə ki, rayonun Novosaratovka kəndində kafedə kütləvi davada rayon sakinləri - 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü E.İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.

 

Nəticədə Teymur Tapdıqov ölüb, xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

 

Aparılmış istintaqla müddətdən artıq hərbi xidmət qulluqçusu İbrahimov Elpərəs Bəhman oğlunun bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

E.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 4 Sentyabr 2024, 09:28   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
pravda.az

3Mənbələr