Oktyabrın 30-da Cənubi Afrika ölkəsi Botsvanada ümumi seçkilər keçiriləcək.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Bildirilib ki, Prezident Mokgweetsi Masisi dövlət televiziyası BTV-də yayımlanan xalqa müraciətində oktyabrın 30-da ümumi seçkilərin keçiriləcək.
Prezidentliyə namizədlik üçün son müraciət tarixinin 28 sentyabr olduğunu qeyd edən Masisi parlament və yerli şura üzvlüyü üçün son müraciət tarixinin oktyabrın 4-ü olduğunu qeyd edib.
Əli Hüseynov