AZ

Ukraynada hökumətində kütləvi istefa davam edir - Zelenski "buna ehtiyac var" deyir, müxalifət isə...

Ukraynada hökumət üzvlərinin istefaları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu istefalar hakim partiyanın parlament fraksiyasının lideri David Arakhamia hökumət üzvlərinin ən azı yarısının dəyişdiriləcəyini elan etdikdən sonra baş verib.

Məlumata gərə, Strateji sənaye naziri Aleksandr Kamışin, Ədliyyə naziri Denis Maliuska, Ətraf mühitin mühafizəsi naziri Ruslan Strilets, Baş nazirin müavinləri Olha Stefanişina və İrina Vereşçuk, Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval artıq isetfa veriblər. Bundan əlavə, prezident Zelenskinin baş məsləhətçilərindən biri olan Rostislav Şurma da vəzifəsindən uzaqlaşdırlıb.

Prezident Vladimir Zelenski bu dəyişikliklərə Ukraynanın ehtiyacı olduğunu bəyan edib: "Hökumət bəzi sahələr üzrə çatışmazlıqları aradan qaldırmalı və güclənməlidir".

Müxalifətdən olan deputat İrina Geraşçenko isə isetfaları və bu cür hökumət dəyişikliyini tənqid edib: "Bu, nazirsiz hökumət və iqtidar çoxluğu olmayan parlament var Biz hökumətin görməzlikdən gəldiyi intelektual kadr böhranı ilə üz-üzəyik. Zelenskinin siyasi komandasının hakimiyyətdəki təsiri bitib. Hesab edirəm, yeni birlik hökuməti yaradılmalıdır".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
37
1
mia.az

2Mənbələr