AZ

Ukrayna hökumətində istefa dalğası - Zelenski payıza HAZIRLAŞIR

Ötən gündən başlayaraq Ukrayna hökumətində ard-arda istefalar yaşanır.

 

Modern.az-ın məlumatına görə, bir neçə məmur istefa ərizəsi yazıb.

 

Strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska və Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval istefa ərizəsi yazdıqlarını bəyan ediblər.

 

Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk da istefa ərizəsi verdiyini açıqlayıb. "Hökumətdə təxminən üç il işlədikdən sonra bu gün istefa ərizəmi verdim”, o feysbukda yazıb

 

Bu gün isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da istefa ərizəsini təqdim edib. “Ukrayinska Pravda” nəşri öz mənbələrinə istinadən yazır ki, onun yerinə müavini Andrey Sibiqa gətirilə bilər.

 

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı deyib ki, Ukrayna hökumətdə bəzi sahələri gücləndirməlidir və bu məqsədlə dəyişikliklər ediləcək.

 

“Payız Ukrayna üçün son dərəcə əhəmiyyətli olacaq. Bizim dövlət institutlarımız elə konfiqurasiya edilməlidir ki, bizə lazım olan bütün nəticələri əldə edilsin. Bunun üçün hökumətdə bəzi sahələri gücləndirməliyik, kadr qərarları da hazırlanıb. Ofisdə də dəyişikliklər olacaq. Mən həm də xarici və daxili siyasətimizin müəyyən sahələri üçün bir qədər fərqli çəkiyə inanıram”, – Zelenski bildirib.

 

Zelenski axşam saatlarında Rostislav Şurmanı Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edib.

 

İstefa ərizələrinə Ukrayna parlamentinin növbəti iclasında baxılacaq.


 

Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının lideri David Araxamia isə Nazirlər Kabinetinin 50%-dən çoxunda dəyişiklik ediləcəyini açıqlayıb.

 

“Bu həftə hökumətin yenidən işə başlaması gözlənilir”, - o, teleqram kanalında yazıb.

 

Məlumata görə, sentyabrın 4-də Radanın iclası keçiriləcək, orada vəzifədən azad edilmə, sentyabrın 5-də isə təyinatlar müzakirə olunacaq.

 

Müxalifətdən olan deputat İrina Heraşçenko kadr dəyişikliklərini tənqid edib. “Bu, nazirləri olmayan bir hökumətdir... hakimiyyətin gözlərini yumduğu intellektual və kadr böhranıdır”. O, Zelenskinin milli bi

rlik hökumətinə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
30
modern.az

10Mənbələr