AZ

Şalva Papuaşvili: “Bu il də qonaq tərəfindən ev sahibinin qınanılması ənənəsi pozulmayıb”

Yazını böyüt
Yazını kiçilt

“Yad ölkənin himni səslənəndə əlini ürəyinin üstünə qoyan bir “QHT” sayəsində sentyabrın başlanğıcı, üzüm yığımının başlaması ilə birlikdə əcnəbilər tərəfindən Gürcüstanın tənbeh edilməsi, ayrı-ayrı gürcülərə və ya ümumilikdə gürcülərə qarşı yığılmış qısqanclığın boşaldılması dövrüdür”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin qeyd etdiyi kimi, “bu il də qonaq tərəfindən ev sahibinin qınanılması ənənəsi pozulmayıb, hərçənd bu tənbehin getdikcə daha çox karikatura formasını alması faktdır”.

“İki gündür dinlədiyimiz bu nifrət dənizində mən bu paylaşım üçün ikisini seçdim. Biri haqqında bizə bunun Avropa İttifaqı, digəri haqqında isə Amerika Birləşmiş Ştatları olduğunu deyirlər. Halbuki, əslində birincisi Avropanın, ikincisi isə Amerikanın karikaturasıdır. Nə birinci gürcü xalqının can atdığı Avropa İttifaqıdır, nə də ikinci gürcü əsgərlərin Əfqanıstanda yanında döyüşdüyü Amerikadır”, - Şalva Papuaşvili yazır.

Məlumat üçün bildirək ki, Tbilisidə davam edən beynəlxalq konfransda iştirak edən Corc Buş İnstitutunun Qlobal Siyasət direktoru Devid Kramer bildirib: “Mən illərdir deyirəm ki, İvanişvilinin məsuliyyətə cəlb edilməsinin vaxtı çatıb və mən yenə də belə düşünürəm”.

Seçilən
57
hafta.az

1Mənbələr