AZ

Hindistanda qərar verildi: Təcavüz edənlər edam olunacaq

Yazını böyüt
Yazını kiçilt

Cinsi zorakılıq cinayəti ilə bağlı tənzimləmələri ehtiva edən “Aparajita Qadın və Uşaq Qanunu” Hindistanın Qərbi Benqaliya əyalətinin Baş naziri Mamata Banerji tərəfindən parlamentə təqdim edilib.

Hafta.az-ın “India Today” qəzetinə istinadən yazdığına görə, cinsi zorakılıq nəticəsində qurbanın ölümünə və ya vegetativ vəziyyətinə səbəb olan cinayətkarlara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsi əyalət parlamentində yekdilliklə qəbul edilib.

Qanun layihəsində cinsi istismar cinayətlərində təqsirli bilinənlər üçün şərti azad edilmədən ömürlük həbs cəzası da nəzərdə tutulur.

Beləliklə, Qərbi Benqal ölkədə "cinsi zorakılıq, kütləvi cinsi istismar və uşaqlara qarşı cinsi cinayətlər" ilə bağlı qanunlara dəyişiklik edən ilk ştat oldu.

Parlamentin qəbul etdiyi qanun layihəsi Qərbi Benqal qubernatoru Ananda Bose və Hindistan prezidenti Droupadi Murmu tərəfindən təsdiqlənərsə, qüvvəyə minəcək.

Qərbi Benqalın Kolkata şəhərindəki RG Kar Tibb Kollecində işləyən 31 yaşlı qadın həkim işçilər üçün istirahət otağı olmadığından avqustun 9-da 36 saatlıq növbədən sonra seminarların keçirildiyi otaqda yatıb. Səhəri gün həmkarları qadının cansız, yarıçılpaq və müxtəlif nahiyələrində ağır yaralar olan bədənini aşkar ediblər.

Məsələ ilə bağlı xəstəxanada könüllü kimi çalışan Sanjoy Roy adlı zabit saxlanılıb. Lakin “ört-basdır etmək və səhlənkarlıq” ittihamlarından sonra iş yerli polisdən Mərkəzi İstintaq Bürosuna (CBI) verilib.

Ölkənin müxtəlif şəhərlərindən bir çox həkim həmkarlarının cinsi istismara məruz qalaraq öldürüldüyü üçün qeyri-müəyyən müddətə tətil etmək qərarına gəldiklərini açıqladı.

Sosial şəbəkələrdəki çağırışlardan sonra hadisə ilə bağlı ştatın bir çox şəhərində minlərlə insan toplaşıb. Kəlküttədə 100 yerdə nümayişlər keçirilərkən, Yeni Dehli, Heydərabad, Mumbay və Pune kimi şəhərlərdə də etiraz aksiyaları təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
hafta.az

1Mənbələr