AZ

İRANIN “ZƏNGƏZUR SANCISI” VƏ RUSİYANIN İKİBAŞLI OYUNU – Doğrudanmı Tehran Moskvaya “buynuz göstərir”?

Baxiş sayı: 2684Dərc olunub: 03/09/2024 - 20:43Bölmə: ManşetXəbər verildiyi kimi, İran Xarici İşlər Nazirliyi Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovu çağıraraq, ona Kremlin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə görə etirazını çatdırıb. İran XİN səfirə bildirib ki, Tehran “beynəlxalq səviyyədə tanınmış sərhədlərin və Cənubi Qafqazda geosiyasi status-kvonun hər hansı dəyişikliyinin əleyhinədir”.Yəni, Tehran Moskvanın Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini qəbul etmir və bunu qətiyyən istəmir. İran tərəfi həmçinin, “bölgədəki bütün ölkələrin maraqlarını və qanuni narahatlıqlarını nəzərə almağın zəruriliyini” vurğulayıb. Hansı ki, İrandakı rejimin bu etirazları açıq-aşkar regiondakı digər ölkələrin – bu halda Azərbaycan və Ermənistanın suveren hüqularına, daxili işlərinə müdaxilədir.Zəngəzur dəhlizinin keçdiyi ərazi Ermənistan ərazisi sayılır, yolun birləşdirəcəyi Naxçıvan və Azərbaycanın Qərb rayonları isə Azərbaycanın suveren ərazisidir. Belə olan halda, bunun İrana nə aidiyyatı var? Bəhanə olaraq guya bu dəhlizin İranın Ermənistanla əlaqəsini kəsə biləcəyi göstərilir. Lakin bunun tamamilə puç, boş, yalan iddia olduğu gün kimi aydındır.İrandakı rejimin regiondakı “şeytani maraqları” çoxdan bəllidir və bu cür vay-şüvənlər ilk dəfə deyil ki, eşidilir. Ancaq indiki halda daha maraqlı görünən İranın rəsmən Rusiyaya etiraz etməsidir. O Rusiyaya ki, Tehran onunla beynəlxalq arenada demək olar, bütün məsələlərdə “külüngü eyni yerə vurur”, bütün meydançalarda bir-birini dəstəkləyir və sair. Belə bir təsəvvür yaranır ki, Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsi (əlbəttə ki, dəhlizin öz hərbi qüvvələrinin nəzarəti altında olması şərtilə-red.) Moskva-Tehran koalisiyasında çat yaradıb. Belə ki, Moskva bu yolun əhəmiyyətini nəzərə alaraq, onun açılmasını və özünün ona nəzarət etməsini istəyir. Tehran isə onun ümumiyyətlə mövcud olmasını istəmir. Bununla da Tehran bir növ Moskvaya “buynuz göstərmiş” olur. Hansı ki, son illərə, xüsusilə də Ukrayna müharibəsinə qədər belə bir presedent olmayıb və bütün digər ölkələr kimi, İran da Cənubi Qafqazı Rusiyanın strateji maraq zonası hesab edib. Ancaq indi belə təəssürat yaranır ki, İran artıq dünyadakı əvvəlki nüfuzunu, təsirini itirən, Ukraynada büdrəyən, Azərbaycandan - Qarabağdan çıxan və Ermənistanda da sıxışdırılmağa başlayan Rusiyaya meydan oxumağa özündə cəsarət tapıb.Lakin bütün bunlarla yanaşı, Rusiya ilə İrandakı rejimin “bir bezin qırağı” olduqlarını da nəzərdən qaçırmaq olmaz. İstisna etmək olmaz ki, Moskvanın Zəngəzur dəhlizinə dəstək bəyanatı görüntü xarakterlidir və İranın buna reaksiyası da tərəflər arasında əvvəlcədən razılaşdırılıb. Yəni, görüntü yaradılır ki, guya Moskva bu dəhlizin tərəfdarıdır, lakin İran bunu istəmir. Bu cür pərdəarxası, ikibaşlı oyunlara hər iki tərəfin ifasında indiyə qədər çox rast gəlinib...Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov avqustun 19-da Ermənistanı “Sünik bölgəsindən keçən kommunikasiyalar haqqında sazişi sabotaj etməkdə” günahlandırmışdı. Avqustun 20-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Rusiya XİN rəhbərinin bəyanatını şərh edərkən demişdi ki, bu mövqe Moskvanın Ermənistan - Azərbaycan münasibətlərinin nizamlanmasında konstruktiv iştirakını şübhə altına alır. Bundan əvvəl, iyulun 30-da isə Tehranda İranın Ali dini lideri Əli Xamnei Nikol Paşinyanla görüşündə dedi ki, İran Zəngəzur dəhlizini “Ermənistan üçün zərərli” hesab edir və bu mövqedən çıxış etməkdə davam edir.Zəngəzur dəhlizi ilə bağlı Ermənistana müxtəlif istiqamətlərdən ünvanlanan və fərqli mövqelərə əsaslanan bu bəyanat və açıqlamalar Azərbaycanın işini asanlaşdırmır. Çünki burada ən mənfi cəhət və Azərbaycanın işini çətinləşdirən Ermənistanın siyasi subyektliyinin, müstəqilliyinin olmamasıdır. Bu yol ən çox Azərbaycana və Ermənistanın özünə lazımdır. Lakin İrəvan qətiyyən müstəqil xarici siyasətə malik deyil və ən strateji qərarlarını verərkən belə mütləq ya Moskvaya, ya Parisə, ya Tehrana, ya Vaşinqtona, ya da başqa haralarasa boylanmalı, kimlərdənsə razılıq almalı olur. Hər şey həmin qərar verilməli olan an üçün İrəvanın xaricdəki “sahibi”nin kim olmasından asılıdır...Azərbaycan isə belə vəziyyətlərdə necə hərəkət etdiyini 44 günlük müharibədə və 2023-cü ildəki əməliyyatda artıq göstərib. Yəqin ki, Paşinyan hakimiyyəti də bu “acı təcrübəni” gec-tez nəzərə almaqla, nəhayət, düzgün qərar verməyə özündə ağıl və iradə tapacaq...C.Məmmədov“AzPolitika.info”

Seçilən
110
50
anaxeber.info

10Mənbələr