“8 saylı seçki dairəsində saxta nəticələrin ləğv edilməsi üçün şikayət yazdım. Əlimizdə təkzibedilməz faktlar var”. Tribunainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Müsavat Partiyasının sözügedən dairədən namizədi Mustafa Hacıbəyli bildirib. Onun sözlərinə görə, sabiq PA vəzifəlisi Əli Həsənovun parlamentdəki son nümayəndəsi olan Azay Quliyevin guya on minə yaxın səs toplaması haqda qanunsuz qərar ləğv edilməlidir: “Dairə ərazisində seçkiyə ümumilikdə 3 min civarında seçici gəlib. Onların da əksəriyyəti mənə və digər namizədlərə səs veriblər. Məqsədimiz mandat almaq deyil, bizi parlamentə buraxmayacaqlarını əvvəlcədən bilirdik. Məqsədimiz ədalət mücadiləsini bir addım da önə daşımaqdır”.Həcər
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta