AZ

Daha 5 idmançımız mübarizəyə başlayır

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 5 idmançısı mübarizəyə başlayacaq.

Medianews.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, ilk olaraq paraüzgüçü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.

Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.

Paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.

Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.

Paraatlet Rüfət Rəfiyev (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
26
medianews.az

10Mənbələr