AZ

“ABŞ Avropada dağıdıcı rol oynayır” - Peskov

“ABŞ-nin Ukrayna ətrafındakı münaqişədə iştirakının dərəcəsi durmadan artır”. 

Missiya.Az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Amerika siyasətində kifayət qədər gözlənilməzlik var.

Peskov qeyd edib ki, ABŞ-də keçirilən prezident seçkilərindən sonra onların Rusiya Federasiyası ilə bağlı siyasətində fundamental nəyinsə dəyişəcəyi ehtimalı azdır.

"Nə baş verəcəyini istədiyiniz qədər təxmin edə bilərsiniz, lakin növbəti administrasiyanın konfiqurasiyasından asılı olaraq bəzi nüanslar təqdim edilə bilər", - deyə siyasətçi vurğulayıb.

Peskov bildirib ki, ABŞ həqiqətən də təhlükəsizlik baxımından Avropa qitəsində dağıdıcı rol oynayır.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
missiya.az

1Mənbələr