AZ

"Sumqayıt" monteneqrolu müdafiəçi ilə razılığa gəldi, amma...

"Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, "Gənclik şəhəri"nin təmsilçisi monteneqrolu müdafiəçi Miloş Miloviçlə razılıq əldə edib.

189 sm boya malik olan 29 yaşlı müdafiəçi tibbi baxışdan da uğurla keçib. Sadəcə, futbolçunun sənədlərində bəzi problem olduğu üçün rəsmi anlaşma yubanır.

Qeyd edək ki, son klubu Çin "Tsindao"su olan Miloviç karyerası ərzində Monteneqrodan başqa, Serbiya, Finlandiya, Kosovo və Özbəkistanda legioner həyatı yaşayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
rekord.az

1Mənbələr