AZ

Gürcüstan yenidən Ermənistanla Azərbaycana vasitəçilik təklif etdi

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib ki, Tbilisi Avropa İttifaqına inteqrasiya təcrübəsini İrəvanla bölüşməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

“Nikoloz Samxaradze bir daha qeyd edib ki, gürcü tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə və Avropa İttifaqına inteqrasiya təcrübəsini bölüşməklə Ermənistana kömək etməyə hazırdır”, - bəyanatda deyilir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
modern.az

4Mənbələr