AZ

"Nissan" iki yeni modelini təqdim ETDİ

Yeni "Nissan Patrol" və "Armada" təqdim edilib. "Nissan" eyni gündə iki premyera keçirib: ABŞ-də jurnalistlərə nəhəng üçüncü nəsil "Armada SUV", Abu Dabidə isə yeddinci nəsil "Patrol" nümayiş olunub.

Redaktor.az xəbər verir ki, mahiyyətcə eyni olan avtomobillər müxtəlif ölkələrin bazarları üçün nəzərdə tutulub. Onun görünüşü kökündən dəyişib, atmosferli V8 əvəzinə V6 turbo mühərrik qoyulub, lakin əsas dizayn eyni qalıb.

2003-cü il "Nissan Armada SUV" tam ölçülü "Nissan Titan" pikapının şassisi üzərində qurulmuş ümumamerikan modeli olub və Missisipidəki fabrikdə istehsal edilib.

Hər iki mühərrik əvvəlki yeddi pilləli transmissiya ilə müqayisədə güc diapazonu 40% artırılmış doqquz pilləli avtomatik transmissiya ilə birləşdirilir. Yeri gəlmişkən, ənənəvi ötürmə selektorundan imtina edilib.

Əvvəlki nəsillə müqayisədə "Nissan"ın yolsuzluq avtomobilləri xeyli artıb.

ABŞ-də yeni "Nissan Armada" 2025-ci il modeli hesab olunur və bu ilin sonuna qədər dilerlərə gələcək.  Yaxın Şərqdə artıq sifarişlər qəbul edilir, lakin dəqiq tarixlər hələ açıqlanmayıb. Amma qiymətinin  65 min dollardan başladığı məlumdur.

Sevinc İBRAHİMZADƏ

Seçilən
195
50
redaktor.az

10Mənbələr