AZ

Mirziyoyev: Biz insan hüquq və azadlıqlarının müdafiəsini terrorizmlə mübarizənin əsası hesab edirik

Sentyabrın 4-5-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturu ilə Müstəqil Dövlətlər Birliyinin Antiterror Mərkəzinin terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev forum iştirakçılarına müraciət edib.

O, bildirib ki, bu mühüm beynəlxalq tədbir regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində birlik və əməkdaşlıq istəyini təsdiqləyir.

Şavkat Mirziyoyev beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib ki, Özbəkistan terrorizm və ekstremizmlə mübarizə üzrə milli strategiyasını ardıcıl şəkildə həyata keçirir. Həmçinin dövlət başçısı regionda sülhün və sabitliyin təmin olunması üçün bu ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin prioritet olaraq qalacağını bildirib.

"Biz insan hüquq və azadlıqlarının müdafiəsini terrorizmlə mübarizənin əsası hesab edirik", - o, qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
operativmedia.az

1Mənbələr