AZ

Paşinyan hakim fraksiyasının deputatlarını iclasa çağırdı

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatlarını bir nəfər kimi cümə günü keçiriləcək fraksiya iclasına çağırıblar.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, bu, uzun fasilədən - yay tətilindən sonra ilk iclas olacaq.

Qeyd edilir ki, parlamentin payız sessiyası bazar ertəsi başlayacaq.

“Partiya strukturları siyasi hadisələrin gözlənilmədən inkişaf edə biləcəyini nəzərə alıb, ona görə də parlamentin işindən xeyli əvvəl "əzələləri məşq etdirmək" lazım olduğunu vacib sayıb”, - deyə xəbərdə bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
modern.az

1Mənbələr