AZ

COP29 və G7-nin sədrləri: Azərbaycan-İtaliya strateji əməkdaşlığında yeni üfüqlər

Bakı. Trend:

Azərbaycan və Avropa ölkələri arasındakı əlaqələr Azərbaycanınxarici siyasətində xüsusi yer tutur. Bu kontekstdə İtaliya iləəməkdaşlığı vurğulamaq vacibdir, çünki bu il hər iki ölkə üçünəlamətdar dövrdür: İtaliya G7-nin, Azərbaycan isə COP29-unsədridir. İtaliya Azərbaycanla strateji tərəfdaşlıq sənədiniimzalayan 9 Avropa İttifaqı üzvündən biridir.

Uzun bir tarixi olan iki ölkə arasındakı əlaqələr bu günstrateji səviyyəyə yüksəlib və bu münasibətlər gələcəkdə daha dagenişlənə bilər. Xüsusilə 2020-ci ilin İtaliyada "Azərbaycan ili"elan edilməsi dostluq münasibətlərinin yüksək səviyyəsini nümayişetdirir. Prezident İlham Əliyevin 1-2 sentyabr 2022-ci ildəİtaliyaya etdiyi səfər ikitərəfli əlaqələrin inkişafında xüsusi roloynayıb.

Həm İtaliya, həm də Azərbaycan bölgələrində strateji əhəmiyyətəmalik ölkələrdir və iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəmtəməli davamlı tərəfdaşlıq üçün geniş yol açır.

2 sentyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti İlhamƏliyev Çernobbio şəhərində İtaliyanın "Il Sole 24 Ore" qəzetininmüxbiri Roberto Buondjorno ilə müsahibəsində bildirib ki,italiyanın şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəaliyyətgöstərirlər.

"İtaliyanın şirkətləri tərəfindən həyata keçirilən işlərmiqyasına görə Türkiyə şirkətinlərdən sonra ikinci yerdədir.Türkiyə şirkətləri birinci yerdədir və bu təbiidir, çünki Türkiyəbizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların tanınmıştikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləriqərarlaşır", - dövlət başçısı bildirib.

Bundan əlavə, İtaliya şirkətləri işğaldan azad edilmiş dördrayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə yerləşən elektrikstansiyalarını avadanlıqlarla təmin ediblər. İtaliyalı memarlarŞuşada tarixi abidələrin və məscidlərin bərpasına da dəvətolunublar. Həmçinin, İtaliya şirkəti Bakıda Zəfər muzeyinininşasında iştirak edib.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir vəxarici ticarət dövriyyəsi milyardlarla dollar təşkil edir.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji sektordur.Azərbaycan neftinin üçdə birindən çoxu İtaliyaya ixrac olunur.Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən,2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 5,671milyon ton neft və neft məhsulları ixrac edib ki, bu da ümumiAzərbaycan ixracının 38,59 faizini təşkil edir. İtalyan şirkətləriAzərbaycanda neft emalı zavodunun bərpası üzərində fəalişləyib.

Həmçinin, İtaliya Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazının ənböyük idxalçısıdır. TAP boru kəməri vasitəsilə illik 10 milyardkubmetr qazın 8 milyard kubmetri İtaliyaya təchiz edilir. İtaliyaCənub Qaz Dəhlizinin gücünün ikiqat artırılmasını dəstəkləyir.2024-cü ilin ilk yarısında TAP vasitəsilə Azərbaycandan İtaliyaya5,17 milyard kubmetr qaz göndərilib (5,5 faiz artım). İtaliyanınƏtraf Mühit və Energetika Təhlükəsizliyi Nazirliyinin məlumatlarınagörə, ötən il eyni dövrdə İtaliyaya 4,901 milyard kubmetr qaz daxilolub. Ümumilikdə, 2024-cü ilin yanvar-iyun aylarında İtaliya 31,072milyard kubmetr qaz idxal edib (4,6 faiz azalma), Azərbaycanqazının payı isə 16,6 faiz olub.

Onu da qeyd etmək lazımdır ki, ötən il Azərbaycanın ümumi neftixracının 43 faizini və Azərbaycanın Avropaya qaz tədarükünün 79faizini İtaliya təşkil edib.

Bundan əlavə, Azərbaycan və İtaliyanın Bərpa Olunan EnerjiMənbələri sahəsində əməkdaşlıq üçün geniş perspektivlərəmalikdirlər.

İyulun 1-də Milan şəhərində İtaliyanın “Saipem” şirkətininnümayəndələri ilə keçirilən görüşdə yerüstü və Xəzər dənizindəkülək enerjisinin inkişafı, habelə "yaşıl" enerji dəhlizlərininyaradılması imkanları müzakirə edilib.

Həmçinin, İtaliyanın şirkəti olan “CESI” Xəzər dənizindənAzərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya vəMacarıstana "yaşıl" enerji dəhlizinin tikintisinin texniki-iqtisadiəsaslandırılmasının hazırlanması üzrə Azərbaycan EnergetikaNazirliyinin tərəfdaşıdır.

Eyni zamanda, İtaliya Azərbaycandan "yaşıl" enerji tədarükü üzrəəməkdaşlıqda maraqlıdır.

“Ansaldo Energia” ilə əməkdaşlıq Azərbaycanda azad olunmuşərazilərdə yeni və müasir enerji infrastrukturunun yaradılmasınayönələcək.

"Yaşıl" enerji mövzusuna gəldikdə, İtaliya, həmçinin, COP29-unBakıda uğurla keçirilməsi üçün Azərbaycanı dəstəkləyir.

İtaliyanın iqlim dəyişiklikləri üzrə xüsusi nümayəndəsiprofessor Françesko Korvaro bildirib ki, İtaliya nümayəndə heyətiCOP29-un Bakıda uğurla keçirilməsi üçün əlindən gələni edəcək.

"Hamı bilir ki, COP29-da iqlim maliyyələşdirməsi müzakirəediləcək və bunun üçün BTR – 2 illik şəffaflıq hesabatları vəkollektiv adımlar vacibdir. Heç bir ölkə tək başına iqlimdəyişmələri ilə mübarizə apara bilməz. Biz həmişə iqlimin və sülhünəhəmiyyətini xatırlamalıyıq”, - Korvaro əlavə edib.

Digər uğurlu əməkdaşlıq sahələrindən biri hərbi sektordur.Azərbaycan və İtaliya arasında hərbi sahədə, eləcə də, digərsahələrdə münasibətlər xüsusi xarakter daşıyır. 2024-2025-ci illərüçün hərbi sahədə planlaşdırılan 31 tədbirdən bəziləri həyatakeçirilib.

26 iyun tarixində Heydər Əliyev Beynəlxalq AeroportundaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə İtaliyanın“Leonardo” şirkətinin istehsalı olan C-27J Spartan hərbi-nəqliyyattəyyarəsi təqdim edilib. Təyyarə həm hərbi, həm də mülki müdafiəvəzifələrini çətin coğrafi və mürəkkəb əməliyyat şəraitində icraedə bilir. C-27J Spartan təyyarəsi hərbi-nəqliyyatəməliyyatlarında, paraşütçülərin və yüklərin düşürülməsində,həmçinin, tibbi tapşırıqların yerinə yetirilməsində istifadəediləcək.

İtaliya azad olunmuş əraziləri minalardan təmizləmək üçünAzərbaycana dəstək verən ölkələrdən biridir.

Avropa İttifaqının “Team Europe” təşəbbüsü çərçivəsində bu ilAzərbaycana 2 milyon avro məbləğində maliyyə yardımıplanlaşdırılır. Bundan əlavə, Aİ ölkələri - İtaliya, Almaniya,Fransa, Xorvatiya, Niderland və Litva maliyyə dəstəyi verəcək.Ümumilikdə, Aİ və bu ölkələr tərəfindən dəstək məbləği 2,75 milyonavro olacaq.

İtaliya, həmçinin, Azərbaycan üçün siyasi müstəvidə mühümtərəfdaşdır və Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlıdestruktiv mövqe tutan qüvvələri düzgün yola gətirir. Bu kontekstdəİtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən Fransanın təxribatçıbəyanatlarına qarşı açıqlama diqqətəlayiqdir.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirininmüavini Edmondo Çirielli Fransanın xarici işlər naziri StefanSejurne tərəfindən Azərbaycan və Ermənistan arasındakımünasibətlərin normallaşması ilə bağlı səsləndirilən fikirlərləbağlı narazılığını ifadə edib.

Çirielli qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülhprosesində birbaşa iştirak etməyən dövlətlərin nümayəndələrininverdiyi açıqlamalar vəziyyəti yalnız pisləşdirə bilər.

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyiedir və məsuliyyətli mövqe tutur. Fransa XİN rəhbəri Stefan SejurneABŞ Dövlət Katibi ilə birgə keçirdiyi mətbuat konfransındakıaçıqlamaları gərginliyin azalmasına kömək etmir. Fransız nazirSejurnenin sağlam düşüncə ilə bölgədə davamlı sülhə nail olmaq üçünçalışanların səylərini zəiflətməməsi məqsədəuyğun və faydalıolardı”, - o qeyd edib.

Azərbaycan ilə İtaliya arasındakı enerji və hərbi sahələrdəntutmuş digər sahələrə qədər olan əlaqələr strateji səviyyəyəyüksəlmib. Bu əlaqələr yalnız iki ölkənin iqtisadi inkişafı vətəhlükəsizliyinə töhfə vermir, həm də regional sabitlik vəinteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. İqlimdəyişmələri və enerji keçidi kimi qlobal çağırışlar çərçivəsindəAzərbaycan və İtaliya arasındakı tərəfdaşlıq daha da əhəmiyyətlihala gəlib. Bərpa olunan enerji mənbələrinin birgə inkişafı vəCOP29 kimi beynəlxalq iqlim təşəbbüslərində iştirakları davamlıinkişafa olan marağı vurğulayır.

İtaliyanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasındafəal iştirakı münasibətlərin möhkəmliyini göstərir. Gələcəkdə bustrateji tərəfdaşlıq iki ölkənin xarici siyasətində açar roloynayacaq və əməkdaşlığın genişlənməsi üçün yeni perspektivləraçacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
az.trend.az

10Mənbələr