AZ

Yeni Klinikanın həkimləri Londonda konfransa qatılıb » Medical Media


Yeni Klinikanın Kardiologiya şöbəsinin müdiri, invaziv-kardioloq Şahanə Ələsgərli və həkim invaziv-kardioloq Gülay Məmmədova Avropa Kardiologiya Cəmiyyətinin 30 avqust – 2 sentyabr tarixlərində Böyük Britaniyanın London şəhərində baş tutan konfransında iştirak ediblər.

Tədqiqatlar, qabaqcıl texnologiyalar, birgə təşəbbüslər vasitəsilə xəstələrə düzgün müalicəni tətbiq etmək və bu sahəni inkişaf etdirmək məqsədi ilə təşkil olunan tədbirin “Kəskin ürək çatışmazlığında biomarkerlər” sessiyasında Dr.Şahanə Ələsgərli moderator kimi çıxış edib.  

Dünyanın aparıcı kardiologiya mütəxəssislərinin iştirak etdiyi konfransda Dr.Gülay Məmmədovaya Avropa Kardiologiya Cəmiyyətinin fəxri üzvü adı (“Fellow of European Society of Cardiology”) təqdim edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
medicalmedia.az

1Mənbələr