AZ

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya edildi

Bakı. Trend:

Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizəekstradisiyası təmin edilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumatyayıb.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanınsəlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləriüzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cüil tarixli Konvensiyanın tələblərinə uyğun olaraq AzərbaycanRespublikası vətəndaşı Kazımov Rauf Cəfəroviçin ekstradisiyasıhaqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsində ibtidaiistintaq edilən cinayət işi üzrə Kazımov Rauf Cəfəroviçin CinayətMəcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədiləndələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinəəsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxsqismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsindəbeynəlxalq axtarış elan edilib.

Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cüil tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyununmüşayiəti ilə Azərbaycana gətirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
49
az.trend.az

10Mənbələr