AZ

Azərbaycanda kartof yığımı 10%, məhsuldarlığı 3% azalıb

Cari ilin yanvar-iyul aylarında 46 752,1 ha əkin sahəsinin 30 min 160,9 ha sahəsindən kartof yığılıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 2 504,4 ha və ya 7,7% azdır.

Yığım sahəsi, əkin sahəsinin 64,5%-ni təşkil edib.

Keçən iln müvafiq dövründə isə 32 min 665,3 ha sahədən kartof yığılmışdı.

Hesabat dövründə əkin sahələrindən  598 min 638,4 ton kartof yığılıb ki, bu da illik müqayisədə 66 min 2833 ton və ya 10% azdır. 2023-ci ilin yanvar-iyul aylarında ümumilikdə 664 min 921,7 ton kartof yığılmışdı.

Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 198,5 sentner təşkil edib ki, bu da son bir ildə 5,1 sentner, yaxud 2,5% azdır.

2023-ci ilin 7 ayında məhsuldarlıq hər hektar üçün 203,6 sentner təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
fed.az

1Mənbələr