AZ

Monqolustanın Putini həbs etməməsi presedent yaradacaq - Avroparlamentin deputatları

Avropa Parlamentinin üzvləri Aİ-nin Ali Nümayəndəsi Cosep Borrel Monqolustanın Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs etmədiyi təqdirdə, onun davranışına cavab verməyə çağırır.

Bu barədə Qaynarinfo ERR-ə istinadən xəbər verir.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Urmas Paetin sözlərinə görə, Monqolustanın beynəlxalq hüququn təminatçısı olmaq üçün tarixi fürsəti var.

"Biz sadəcə olaraq Beynəlxalq Cinayət Məhkəməsinin tələbini yerinə yetirməliyik - cinayətkar Putini həbs edib Haaqaya gətirməliyik. Monqolustan BCM-nin üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Avropa İttifaqı Monqolustana diplomatik və iqtisadi tədbirlərlə aid aydın siqnal göndərməlidir”, - Paet bildirib. 

Avropa Parlamentinin üzvləri Borrelə müraciətində Monqolustanın Putinə göndərdiyi səfər dəvətini pisləyir.

"Monqolustanın Putini həbs etməkdən imtina etməsi presedent yaradacaq və digər ölkələrin Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderlərindən seçmə şəkildə istifadə etməsinə yol açacaq", - Avropa Parlamentinin üzvləri qeyd ediblər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-də Monqolustana səfərə gedib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Monqolustana prezident Uxnaqiyn Xurelsuxun dəvəti ilə gedib.

Monqolustan Roma Statutunu ratifikasiya etdiyi üçün Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməyə borcludur. Lakin ölkə bunu etməyib.

Monqolustan hökumətinin izah etdiyi kimi, onlar Putini həbs edə bilməz, çünki ölkə, Rusiyanın enerji məhsullarının idxalından asılıdır.

Nizami Bağırov
Seçilən
203
1
qaynarinfo.az

2Mənbələr