Sentyabrın 3-dən Ukraynada nazirlər istefa ərizələrini təqdim etməyə başlayıblar.
Medianews.az xəbər verir ki, Prezident Zelenskinin “Xalqın xidmətçisi” partiyasının Ali Radadakı fraksiyasının rəhbəri Davit Araxamiya ölkə hökumətinin 50 faizdən çox yenilənəcəyini bildirib.
Son dönəmlər istefa edənlər arasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukraynanın nəzarətində olmayan ərazilərin reinteqrasiyası üzrə baş nazirin müavini İrina Vereşçuk, Prezident Zelenskinin aparat rəhbərinin müavini Rostislav Şurma, baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina, ədliyyə naziri Defanişina Malyuska, strateji sənaye naziri Aleksandr Kamişin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets var.
Ayşən