AZ

Kobaxidze : Seçkilərdən sonra iğtişaşlar törədəcəklər

Gürcüstan müxalifəti oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə iğtişaşlar törətməyə çalışacaq. Vətəninfo.az-ın  məlumatına görə , bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə verdiyi brifinqdə deyib.

“Aydındır ki, radikal müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur, onlar seçkidən sonra vəziyyəti gərginləşdirməyə hazırlaşırlar. Lüğətlərindən “Gürcü arzusu qalib gəlsə” sözlərini çıxarıb, “Gürcü arzusu seçkiləri saxtalaşdırsa” deyirlər. Aydındır ki, onlar növbəti dəfə seçkilərin nəticələrini tanımayacaqlar, dövlət institutlarına hücum etməyə və ölkədə iğtişaşlar yaratmağa çalışacaqlar”, – TASS Kobaxidzedən sitat gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
veteninfo.az

1Mənbələr