Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikası sədrinin müavini Han Çjen ilə görüşə başlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, görüş Russki adasında keçirilən Şərq İqtisadi Forumunda (EEF) baş tutub.
Qeyd olunur ki, daha sonra Rusiya lideri Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin ilə də danışacaq və Malayziyanın Baş naziri Ənvər İbrahimlə genişmiqyaslı danışıqlar aparacaq.