AZ

Britaniyanın kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanır

1882-ci ildə Londonda dünyanın ilk kömür elektrik stansiyasını işə salan Böyük Britaniya sentyabrın sonunda ölkənin Ratcliffe-on-Soar şəhərindəki sonuncu kömür elektrik stansiyasının bağlanacağını elan edib.

İqtisadiyyat.az bu barədə "Financial Times"a istinadən xəbər verir.

Beləliklə, Böyük Britaniya elektrik enerjisi istehsalı üçün kömürdən istifadəni mərhələli şəkildə dayandıran ilk "G7" ölkəsi olacaq. Üstəlik, bu, Britaniya hakimiyyətinin planlaşdırdığından bir il tez baş verəcək. Almaniya bunu 2038-ci ilə, Kanada 2030-cu ilə, İtaliya isə 2025-ci ilin sonuna qədər həyata keçirməyi hədəfləyir.

Bildirilib ki, hələ 1990-cı ildə kömürlə işləyən stansiyalar krallıqda istehlak olunan elektrik enerjisinin 80%-ni istehsal edirdisə, 2023-cü ildə bu pay 1%-ə düşüb.

 

Gözəl Həşimova

Seçilən
33
1
iqtisadiyyat.az

2Mənbələr