Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Axar.az xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.
O, 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb. kapital bank vakansiya
Qeyd edək ki, R.Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.
Telegram kanalımız