AZ

Ən aşağı və ən yüksək seçki fəallığı hansı illərdə olub? – Maraqlı STATİSTİKA

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının açıqladığı son rəqəmlərə görə, səsvermədə iştirakçılıq göstəricisi 37.27 faiz lub. Bu da indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.

Xatırladaq ki, indiyə qədər Azərbaycanda 6 dəfə parlament seçkiləri keçirilib. Ən yüksək göstərici isə 1995-ci ildə olub.

KONKRET.az Azərbaycanda keçirilən parlament seçkilərində seçici aktivliyi ilə bağlı statistikanı təqdim edir:

Müstəqillik tariximizdə ilk parlament seçkiləri 1995-ci ildə keçirilib. Seçici siyahısında olan 4.132.600 vətəndaşdan 3.556.277-i səsvermədə iştirak edib, bu faiz ekvivalent ilə 86.05 faizdir.

2000-ci il seçkilərində isə iştirakçılıq 68.64 faiz olub. 4.212.915 nəfər vətəndaşdan 3.000.198-i səsvermə hüququndan istifadə edib.

Növbəti seçkilərdə isə iştirakçılıq daha da azalıb. Belə ki, seçici siyahısında olan vətəndaşların (4.675.572) 42.20 %-i öz namizədini qalib etməyə çalışıb.

2010-cu ildə isə 2.442.365 vətəndaş səs hüququndan istifadə edib. Bu də siyahıda olanların (2.442.365) 49.56%-dir.

V çağırış Milli Məclisə seçkilərdə isə səsvermə siyahısında 5.211.765 vətəndaşın adı yer alıb ki, onların da 55.54 %-i səs hüququndan (2.894.515) yararlanıb.

2020-ci seçkilərində 2.510.135 nəfər iştirak edib, bu da faiz göstəricisi ilə 46.84-dür.

Məlik Məlikov,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
konkret.az

1Mənbələr