AZ

Pike "Barsa"nın titul qazanacağına inanırmı?

"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya təmsilçisinin Hans-Diter Flikin rəhbərliyi altında sərgilədiyi oyuna münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:

"Hazırda işlər çox yaxşı gedir. Daniel Olmo kimi digər yeni oyunçular, eləcə də gənclər artıq nəticə verirlər. Flikin komandası titul uğrunda mübarizə aparacaq gücdədir".

Xatırladaq ki, Flik bu yay Xavini əvəzləyib. Alman mütəxəssisin çalışdırdığı kataloniyalılar La Liqanın 4-cü turunda "Valyadolid"in qapısından 7 cavabsız top keçiriblər.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
fanat.az

1Mənbələr