AZ

PUTİNİN OĞULLARI HAQDA YENİ İDDİALAR... - “Kabayeva onların ataları ilə oyunlarını şüşə arxasında izləyir...”

Rusiya Prezidentinin İvan və Vladimir adlı iki azyaşlı oğlu var. Onların anası keçmiş gimnast Alina Kabaevadır.

“AzPolitika” xəbər verir ki, bu haqda “Dosye” Araşdırmalar Mərkəzinin Vladimir Putin barəsdinə yeni araşdırmasında deyilir.

Putinin ilk oğlu İvan 2015-ci ildə, Vladimir isə 2019-cu ildə dünyaya gəlib. Onların fotoşəkilləri ictimaiyyətə açıqdır, lakin jurnalistlər onları etik səbəblərə görə göstərməyiblər.

Müəlliflər bildirir ki, uşaqlar gizli sənədlər altında yaşayır. Onlar Federal Mühafizə Xidmətinin (FMX) mühafizəsi altında Putinlə əlaqəli şəxsi təyyarə və yaxtalarda səyahət edir, ictimai yerlərdə görünmür və Prezident iqamətgahlarında yaşayırlar. “Dosye”-nin mənbəsinin Putinin iqamətgahında işləyən şəxs olduğu iddia edilir.

“O, dövlət başçısının övladları ilə gündəlik ünsiyyətdə olmasa da, tez-tez görüşür və adının çəkilməməsi şərti ilə bu barədə danışmağa razıdır”, - araşdırmada deyilir.

Jurnalistlər daha əvvəl Putin və Kabayevanın uşaqları olduğunu yazmışdılar. O cümlədən, İsveçrənin “SonntagsZeitung” qəzeti Putinin 2015 və 2019-cu il təvəllüdlü iki oğlu olduğunu, onlardan birinin də İsveçrədə yaşadığını iddia edib. Kabayevanın ikinci övladını Moskvada isveçrəli həkimin nəzarəti altında dünyaya gətirdiyi də iddia olunub. Uşaqların adları isə ilk dəfə açıqlanır.

“Dosye”-nin araşdırmasına görə, İvan və Vladimir Putinin iqamətgahlarında yaşayırlar: xüsusilə Valdayda onlar üçün təlim mərkəzi açılıb. Uşaqlarla repetitorlar işləyir.

Pedaqoji kollektiv ailə köməkçilərindən sifariş qəbul edərək uşaqların valideynləri ilə birbaşa əlaqə saxlamır. Bundan əlavə, Alina Kabayevanın əmisi qızı Oksana Fedina oğlanların anası kimi görünərək tərbiyəçilər və dayələrlə ünsiyyət qurur.

Seçilən
51
50
azpolitika.info

10Mənbələr