AZ

Aleks Telles Braziliya klubuna keçdi

Müdafiəçi Aleks Telles karyerasını Braziliya çempionatında davam etdirəcək.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni komandası “Botafoqo”dur. O, Braziliya klubuna azad agent kimi qoşulub.

Bundan əvvəl Telles Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini tamamlayıb.

31 yaşlı futbolçu Avropada “Qalatasaray”, “İnter”, “Portu”, “Mançester Yunayted” və “Sevilya” kimi klublardakı çıxışları ilə tanınır. Telles Braziliya millisində 12 oyunda iştirak edib.

Hummels İtaliya yolunda

“Liverpul”un sabiq futbolçusuna yeni müştəri

Trezege “Trabzonspor”u tərk etdi

Joao Mario İstanbula gəldi

İspaniya millisində itki

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
apasport.az

3Mənbələr