AZ

Zelenski:”Biz bu ərazilərdən çıxmayacayıq”

Ukrayna avqustda ələ keçirdiyi əraziləri Kursk vilayətində qeyri-müəyyən müddətə saxlayacaq ki, Vladimir Putini danışıqlar masasına daha tez oturmağa məcbur etsin. Vətəninfo.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski NBC News telekanalında bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya ərazilərinin saxlanılması müharibəyə son qoymaq planının tərkib hissəsidir. Kiyev tezliklə bu planı müttəfiqlərinə, o cümlədən Vaşinqtona təqdim edəcək, o əlavə edib. “Hazırda o (Kursk vilayətinin ərazisi) bizə lazımdır”.

Zelenski jurnalistin Ukraynanın daha da çox Rusiya torpaqlarını işğal edib-etməyəcəyi sualına cavab verməyib. “Bağışlayın, bu barədə danışa bilmərəm. Bu, bizim Kursk əməliyyatımızın başlanğıcı kimidir”, – prezident bildirib. O, uğurun gözlənilməz olduğunu vurğulayıb.

Avqustun 6-da Kursk vilayətinə gözlənilməz və çevik hücuma keçən Ukrayna Silahlı Qüvvələri hazırda bölgənin 1300 kvadrat kilometr ərazisinə və 100 yaşayış məntəqəsinə nəzarət edir. Avqustun 29-da məlum olub ki, Ukrayna hərbçiləri 3 min rus əsgərini mühasirəyə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
veteninfo.az

10Mənbələr