AZ

Zibil kimi gənclik- Erməni tələbələrin davranışı narazılıq yaratdı

Ermənistanda tələbələrin universiteti zibilləmləri gündəmə çevrilib. Sosial şəbəkələrin erməni seqmentində paylaşılan bir fotoda gənclərin istifadə etdikləri qıda qablarını hara gəldi atmaları narazılıq yaradıb.

Erməni ziyalılar gələcək nəsilin faciəvi istiqamətdə getməsindən gileylənirlər.

Araşdırmaçı jurnalist Mkrtiç İsraelyan isə "Mamul"a açıqlamasında deyib ki, İrəvan rəhbırliyi də bu məsələdə günahkar sayılır: “Yəqin ki, hər kəs Facebook-da yayılan məşhur fotonu görüb. Orada universitetlərdən birinin yaxınlığındakı kiçik zibil qutusu və küçənin ona bitişik hissəsi plastik qəhvə fincanları ilə doludur. “Facebook”dakı bəzi kütlə artıq bir neçə gündür ki, bu səhnənin müəllifləri olan tələbələri tənqid atəşinə tutur. Əslində şəhərin təmizliyinə cavabdeh olanlar belə izdihamlı və aktiv ərazidə dekorativ kiçik zibil qabıları yerləşdirməli idilər. Təhsil müəssisələrinin yaxınlığında xüsusi zibil qabları yerləşdirmək çətindir, yoxsa hər şeyə görə məsuliyyəti sıravi vətəndaşın üzərinə qoymaq asandır? Əslində tələbə işini atıb boş zibil qabı axtarmamalıdır. Tələbələr və bütövlükdə şəhər sakinləri üçün şərait yaradılmalıdır”.

Tural

News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
news365.az

1Mənbələr