AZ

İrlandiyanın Baş naziri Ukraynada rəsmi səfərdədir

İrlandiyanın Baş naziri Saymon Harris Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib.

APA xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Səfərdən əvvəl Harris bildirib ki, Rusiyanın tammiqyaslı işğalından iki il yarım keçsə də, Ukrayna böyük çətinliklərlə üzləşməkdə davam edir.

O əlavə edib ki, İrlandiya Ukrayna xalqına dəstəyini davam etdirməkdə qəti və qərarlıdır.

Qeyd edək ki, Harris və Zelenskinin görüş zamanı İrlandiya Respublikası ilə Ukrayna arasında yeni ikitərəfli sazişə dair anlaşma memorandumunu imzalayacağı gözlənilir.

Seçilən
86
apa.az

1Mənbələr