AZ

Kim Dotcom: "Zelenski Rejimi Yaxın Zəmanədə Çökəcək"- ÖZƏL

Olaylar.az xəbər verir ki, məşhur biznesmen və keçmiş Megaupload fayl paylaşım platformasının sahibi Kim Dotcom, Ukrayna Prezidenti Vladimir Zelenski rejiminin yaxın zamanda çökəcəyini proqnozlaşdırıb. O, bu fikri sosial şəbəkə X-də (keçmiş Twitter) Ukrayna Xarici İşlər Naziri Dmitro Kulebanın istefasını şərh edərkən ifadə edib. 

Dotcom hesab edir ki, "Zelenski rejimi son nəfəsini alır." Onun sözlərinə görə, Kulebanın Qərbi Ukrayna ordusunun məğlubiyyətlərində günahlandırmasından bir neçə gün sonra vəzifəsindən ayrılması, rejimin zəiflədiyini göstərir. Xatırladaq ki, avqustun sonunda Kuleba, Avropa İttifaqı xarici işlər nazirləri ilə Brüsseldə keçirilən görüşdən əvvəl, Qərb müttəfiqlərinin tərəddüdlərinin Ukrayna ordusunun döyüş meydanında uğursuzluqlara düçar olmasına səbəb olduğunu bildirmişdi. Bu gün isə Ali Radanın sədri Ruslan Stefançuk Kulebanın xarici işlər naziri postundan istefa verdiyini elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
olaylar.az

1Mənbələr