Dotcom hesab edir ki, "Zelenski rejimi son nəfəsini alır." Onun sözlərinə görə, Kulebanın Qərbi Ukrayna ordusunun məğlubiyyətlərində günahlandırmasından bir neçə gün sonra vəzifəsindən ayrılması, rejimin zəiflədiyini göstərir. Xatırladaq ki, avqustun sonunda Kuleba, Avropa İttifaqı xarici işlər nazirləri ilə Brüsseldə keçirilən görüşdən əvvəl, Qərb müttəfiqlərinin tərəddüdlərinin Ukrayna ordusunun döyüş meydanında uğursuzluqlara düçar olmasına səbəb olduğunu bildirmişdi. Bu gün isə Ali Radanın sədri Ruslan Stefançuk Kulebanın xarici işlər naziri postundan istefa verdiyini elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31