Müəllif:Ayşən İmanova/Banco.az
Çinin “Xian Aiju” korporasiyası Şimali Qazaxıstan vilayətində aqrar-sənaye klasterinin (ASK) inkişafına yönəlmiş obyektlərin tikintisinə 6,8 milyard tənqə (14,5 milyon dollar) sərmayə qoyub.
Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"2016-cı ildən bu layihə çərçivəsində ildə 300 min ton emal gücünə malik "Taiynşa-Mai" MMC yağlı toxum emalı zavodu uğurla fəaliyyət göstərir. Zavodda 70-dən çox işçi çalışır. Klasterin inkişafı çərçivəsində , məhsuldarlığı sutkada 300 ton un olan dəyirman tikilir ", - ASK məlumatında deyilir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, korporasiyanın planlarına Şimali Qazaxıstanda sutkada 1 min ton məhsul istehsal edəcək yem zavodunun və 50 min ton taxıl saxlama anbarının tikintisi daxildir.