AZ

Vladimir Putinin Monqolustana rəsmi səfəri başa çatıb

Rusiya prezidenti Vladimir Putinin Monqolustana rəsmi səfəri başa çatıb.

Səfər çərçivəsində Monqolustan Prezidenti Xurelsux Uxnaa və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş və rəsmi danışıqlar aparılıb, KİV nümayəndələrinə birgə bəyanat verilib.

Rusiya lideri Monqolustanın Dövlət Böyük Xuralının sədri Amarbayasqalan Daşzevqe və baş nazir Oyun-Erdene Luvsannamsrai ilə də görüşüb.

Səfər zamanı tərəflər enerji, neft məhsullarının tədarükü və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa dair sənədlər imzalayıblar.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
oxumeni.az

1Mənbələr