AZ

Hamı bu oğrudan danışır: Girdiyi evdə qabları və paltarları yudu, yazdı ki...

Vaşinqtonda baş verən maraqlı oğurluq hadisəsi şəhərin hüquq-mühafizə orqanlarını və məhəllə sakinlərini heyrətə salıb.

Qlobal.net xəbər verir ki, mətbəxin pəncərəsini sındıraraq evə daxil olan oğru orada yemək bişirib, qabları yuyub, paltarları qatlayıb və duş qəbul edib.

Ən maraqlısı isə oğrunun qoyub getdiyi üzrxahlıq məktubu olub. O, qeyddə “Mənə yemək lazım idi. Evinizə girdim. Xahiş edirəm məni bağışlayın. Yeməyinizi yedim, paltarlarınızı yudum, duş aldım” yazıb.

Həmçinin qeyddə işləməyən popkorn maşını haqqında da məlumat əlavə edib.

Hadisədən sonra polis ərazidəki təhlükəsizlik kameralarını yoxlayıb və K9 itləri ilə axtarış aparıb. Lakin şəxsin kimliyi ilə bağlı heç bir uğurlu nəticə əldə edilməyib. (publika.az)

Seçilən
62
5
kanal.az

6Mənbələr